2015/2016-cı illər mövsümü Topaz Premyer Liqası adlandırılacaq. Sportarena.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.
Bildirilir ki, Topaz və PFL rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib və müqavilənin müddəti daha 1 il artırılıb.
Qeyd edək ki, "Topaz" 3 mövsümdür ki, Premyer Liqanın sponsorudur.
Xatırladaq ki, bir neçə gün əvvəl PFL prezidenti Ramin Musayev "Topaz"ın Azərbaycan Premyer Liqasına sponsorluqdan imtina etdiyini bildirmişdi.