"Qəbələ" bütün Azərbaycan xalqına qələbə sevinci yaşatdı. Kiprdəki ilk oyunda da komandamız yaxşı çıxış etdi və çox çətin səfər matçından sərfəli nəticə ilə qayıtdı".
Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin "Apollon"a qalib gəldiyi oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, artıq "Qəbələ"nin turnirin qrup mərhələsində oynamaq vaxtıdır :
"İlk hissədə qol olmasa da, fasilədən sonra "Qəbələ" istəyinə nail oldu. Bütün "Qəbələ" komandasının azarkeşlərini təbrik edirəm. "Pley-off"da onlara uğurlar arzulayıram. Artıq vaxtıdır. Niyə də Avropa Liqasının qrup mərhələsində iki komanda ilə təmsil olunmayaq ?".