"Pley-off"da asan qarşılaşma olmur"

10:28 7 Avqust 2015

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Apollon” (Kipr) oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:

 

“Qalib gəlib, pley-offa yüksəldiyimiz üçün çox xoşbəxtik. Azarkeşlərə qələbə sevinci bəxş etdiyimiz üçün çox şadıq. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu oyunda azarkeş dəstəyi çox əla idi. “Apollon”la oynamaq heç də asan olmadı. Rəqib sürətli komanda idi. Bizim komanda ideal olmasa da, pis çıxış etmədi. Lazım olan nəticəni əldə etdik. Lakin oyun planında texniki xətalara yol verdik. Futbolçular bəzən emosiyalara qapılırdı. Pley-offda da çox çətin olacaq. Bu mərhələdə asan qarşılaşma olmur. Əlbəttə ki, əsas heyət oyunçuları Cavid Hüseynov və Ürfan Abbasovun cəzalı duruma düşməsi də bu çətinliyi artırır. Lakin ehtiyatda olanlar da yaxşı futbolçulardır. Azərbaycanda özümü çox rahat hiss edirəm. Çünki burada yalnız yoldaşlıq, dostluq, mehribanlıq görürəm”.


Digər xəbərlər

Xəbər xətti