Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Sportarena.az xəbər verir ki, bu mərhələyə qədər irəliləyən 44 komanda qruplara vəsiqə uğrunda öz rəqiblərini tanıyacaqlar.
Avroliqada mübarizədə davam etdirən "Qarabağ" və "Qəbələ" püşkatma zamanı səpələnməmişlər səbətində yer aldıqlarından,güclü rəqiblərlə qarşılaşacaqlar.
İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.
Pley-off mərhələsinin cütlükləri
"Altah" (Avstriya) - "Belenenşeş" (Portuqaliya)
"Styaua" (Rumıniya) - "Rusenborq" (Norveç)
"Viktoriya" (Çexiya) - "Voyvodina" (Serbiya)
"Yablonets" (Çexiya) - "Ayaks" (Hollandiya)
"Molde" (Norveç) - "Standard" (Belçika)
"Jilina" (Slovakiya) - "Atletik" (İspaniya)
"Zorya" (Ukrayna) - "Legiya" (Polşa)
"Milsami" (Moldova) - "Sent-Etyen" (Fransa)
"Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)
PAOK (Yunanıstan) - "Bröndbi" (Danimarka)
"Bordo" (Fransa) - "Kayrat" (Qazaxıstan)
"Dinamo" (Minsk, Belarus) - "Zalsburq" (Avstriya)
"Liberets" (Çexiya) - "Hayduk" (Xorvatiya)
"Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)
"Astra" (Rumıniya) - "AZ Alkmaar" (Hollandiya)
"Krasnodar" (Rusiya) - HİK (Finlandiya)
"Lex" (Polşa) - "Videoton" (Macarıstan)
"Rabotniçki" (Makedoniya) - "Rubin" (Rusiya)
"Atromitos" (Yunanıstan) - "Fənərbaxça" (Türkiyə)
"Sauthempton" (İngiltərə) - "Midtyulland" (Danimarka)
ODD (Norveç) - "Borussiya" (Almaniya)
"Tyun" (İsveçrə) - "Sparta" (Çexiya)