Klublar Komitəsinin bugünkü iclasında "Qarabağ" klubunun nümayəndəsi iştirak etməyib. Sportarena.az-ın xüsusi müxbirinin verdiyi məlumata görə, KK-nin sədri Tuyqun Nadirov Ağdam klubunun nümayandəsinin tədbirdə iştirak etməməsini bu cür izah edib:
"Bu gün "Qəbələ" nümayəndəsi də iclasda iştirak etməsəydi, biz bunu başa düşəcəkdik. Bilirik ki, başları avrouboklara qarışıb, işləri çoxdu. Buna görə də bu klubara güzəştə getmək olar. "Qarabağ" rəhbərliyi iclasdakı gündəliyindəki məsələlərlə bağlı öz fikirlərini yazılı şəkildə bizə bildirmişdi. Yəni, onların burda iştirak etməməsində heç bir problem yoxdu".
Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la oyunundan sonra polislərin azarkeşlərlə kobud davranışına da toxunan Nadirov məsələni müzakirəyə çıxaracaqlarını bildirib:
"İstər avrokuboklar olsun, istərsə də çempionat oyunları, fərqi yoxdu. Azarkeşlərin döyülməsi çox pis halda. Buna yol vermək olmaz. Bu məsələ Klublar Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq. Yenilik ondan ibarət olacaq ki, oyundan qabaq klub nümayəndələri polislərlə, Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçirəcək. Başa düşürük, polislər də öz işini görür. Amma qanun hamı üçün qanundu. Nöqsana yol vermək, azarkeşi küsdürmək olmaz".