Məlum olduğu kimi, "Xəzər Lənkəran"ın PFL-ə təqdim etdiyi sifariş ərizəsində cəmi 14 futbolçunun adı yer alıb. Cənub təmsilçisi ilk 3 turda həmin oyunçuların xidmətindən yararlanmalı olacaq. Bu isə komanda üçün yetərli deyil.
Məsələ ilə bağlı "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi Sportarena.az saytına açıqlamasında boşluğu doldurmaq üçün əvəzedici heyətdən əsas komandaya futbolçu götürəcəklərini bildirdi:
"Təbii ki, 14 nəfər azdı. Bunun üçün də əvəzedici heyətdən iki-üç nəfəri əsas komandaya cəlb edəcəyik. Açığı, heç əvəzedici heyətdə də yetərincə futbolçu yoxdu. Amma məcburuq. Qadağaya görə, yeni transferlər oynamayacaq. 14 nəfər əsas oyunçumuzdu. Ehtiyat oyunçular skamyasını doldurmaq üçün əvəedici heyətdən uşaqlar götürməyə məcburuq. Onlardan biri ötən il əsas komandada oynayan Anar Babazadə olacaq. Digərləri iə bilinmir. Hansı futbolçular hazır olsa, onlardan istifadə edəcəyik".