"Xəzər Lənkəran" yeni transferi Limam Seydiyə qovuşub. Klubdan Sportarena.az-a verilən məlumata görə, 29 yaşlı hücumçu cənub təmsilçisinin axşamkı məşqində iştirak edəcək.
Dünən axşam saatlarında Bakıya ayaq basan Seneqal əsilli fransız hücumçu bu gün Lənkərana gedib. Onun hazırda cənub şəhərində olduğu bildirilir.
Qeyd edək ki, Seydinin ölkəmizə gəlişi viza məsələsinə görə yubanırdı.