"Panatinaikos"un baş məşqçisi: "Qəbələ" haqda ətraflı məlumatımız yoxdur"

19:15 7 Avqust 2015

"Rəqibin tanış olmaması hər zaman bizi işimizə daha çox köklənməyə vadar edir. Azərbaycanda son illərdə futbol inkişaf edir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə qarşılaşacaq "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiou deyib. Klubun rəsmi saytına danışan 42 yaşlı mütəxəssis "Qəbələ"ni yaxşı tanımadıqlarını deyib:

 

"Rəqib haqda ətraflı məlumatımız yoxdur. Ancaq "Qəbələ"nin daha öncəki mərhələlərdə keçirdiyi oyunların videoyazılarını izləyərək rəqibi daha yaxşı öyrənəcəyik".

 

Qeyd edək ki, "Panatinaikos" və "Qəbələ" arasında ilk oyun avqustun 20-də Yunanıstanda, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti