"Transfer qadağası bitdikdən sonra baxışda bəyəndiyimiz futbolçuları "Xəzər Lənkəran"a dəvət edəcəyik".
Sportarena.az xəbər verir ki, bu sözləri Sportarena.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Klub rəsmisi hazırkı durumun transfer çalışamalarına təsir etdiyini bildirib:
"Ancaq hələik məlum problemə görə transfer edə bilmirik. Futbolçu baxır ki, klub FİFA ilə problem yaşayıb. Belədə danışıqlar yaxşı effekt vermir".