"Qəbələ"nin Yunanıstan "Panatinaikos"una qarşı Avropa Liqasının "play-off" mərhələsində keçirəcəyi ilk oyunun məkanı dəyişdirilib.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, UEFA ilə aparılan danışıqlar nəticəsində birinci matçın Bakıda təşkilinə qərar verilib. Oyun avqustun 20-də baş tutacaq. Matçın stadionu və başlama saatı hələ bilinmir. Cavab qarşılaşması isə bundan bir həftə sonra Afinada baş tutacaq.
Qeyd edək ki, dəyişiklik "Qarabağ"la "Qəbələ"nin eyni gündə Bakıda meydana çıxmaması üçün edilib. Ağdam komandası İsveçrə "Yanq Boyz"u ilə ilk görüşünü avqustun 20-də səfərdə, cavab oyununu isə avqustun 27-də evdə keçirəcək.