Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın "Panatinaykos" klubu ilə qarşılaşacaq "Qəbələ"nin rəsmiləri artıq rəqib komandanın təmsilçiləri ilə görüşüb. Sportarena.az xəbər verir ki, bu barədə Premyer.az saytına "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı məlumat verib:
"Rəqib komandanın nümayəndələri ilə görüşdük. Onlara "Apollon"la oyun zamanı yaranan insident və yaşananlarla bağlı məlumat verdik. Onlar bizi arxayın etdilər ki, belə hallar olmayacaq. "Panatinaykos" 16 min tutuma malik stadionda oynayır və qeyd etdilər ki, azarkeşləri yalnız komandanı dəstəkləməklə məşğuldurlar. Bu kimi insidentlər yaşanmaz".
Rəqiblə oyunun çətin keçədəyini bildirən Səfiyarlı, bu cütlükdə "Panatinaykos"un aşkar favorit olduğunu dedi.