"Xəzər Lənkəran"nın sabiq futbolçusu Alfred Sanko cənub klubunu FİFA-ya şikayət etməyə hazırlaşır. Bu barədə Sportarena.az-a o, özü məlumat verib. Qaradarili yarımmüdafiəçinin sölərinə görə, "ağ-yaşıllar" gələn həftəyə qədər pulunun qalığını ödəməsələr, ali futbol qurumuna üz tutacaq:
"Hələ "Xəzər Lənkəran"ı FİFA-ya şikayət etməmişəm. Amma deyəsən bunu gələn həftə etməli olacam. Klubun mənə borcu var. Həmin məbləği ödəməsələr, FİFA vasitəsilə problemi həll edəcəm".
Qeyd edək ki, seyrra leoneli dayaq yarımmüdafiəçisi "Xəzər Lənkəran"a ötən yay "Şanlıurfaspor"dan transfer olunmuşdu.