“Neftçi” komandanın ən sadiq azarkeşlərindən olan Zaur Seyidovu 52 yaşı tamam olması münasibətilə təbrik edib. Sportarena.az xəbər verir ki, Zaur Seyidov “Neftçi”nin oyununu stadiondan ilk dəfə 1979-cu ildə izləyib. O vaxtdan veteran azarkeş sevimli komandasının oyunlarını buraxmamağa çalışır.
“Neftçi” Zaur Seyidova uzun ömür, can sağlığı arzulayır.