Braziliyalı Reynaldonun "Qarabağ"ın aparıcı üzvlərindən biri olduğu heç kimdə şübhə doğurmur. Sportarena.az xəbər verir ki, oyunu ilə diqqətləri öz üzərinə çəkməyi bacaran "sambaçı"ya xarici ölkələrin klublarından da maraq var.
Bir ara futbolçuya Qətər klublarından maraq var idisə, indi də Türkiyə Super Liqa təmsilçisinin "Qarabağ"ın qol ümidinə göz dikdiyi məlumatını əldə etmişik. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bu, kamerunlu Samuel Eto'Onun transferi ilə gündəmi zəbt edən "Antalyaspor" klubudu.
Klub rəhbərliyi, eləcə də baş məşqçi futbolçunun oyununu görüb, bəyənib. Bu səbəbdən də ağdamlıların 9 nömrəsini öz klublarında görmək istəyirlər. Hələlik, Reynaldoya görə antalyalıların son çempiona rəsmi təklif göndərilmədiyi bildirilir. Amma bunun qarşıdakı günlərdə baş verəcəyi istisna deyil.
Mənbə: Sport7.az