Millimizdən 2-ci darmadağın

01:10 9 Avqust 2015

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, millimiz Moldova yığmasını 4:0 hesabı ilə məğlub edib.

 

Ramil Əliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.

 

Xatırladaq ki, futbolçularımız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 6:2 hesabı ilə qalib gəlib.

 

Millimizin turnirdəki növbəti rəqibi İngiltərə yığmasıdır. Avqustun 9-da keçiriləcək Azərbaycan – İngiltərə oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti