Türkiyə Superkubokunun sahibi müəyyənləşib. Sportarena.az xəbər verir ki, həlledici görüşdə "Qalatasaray" və "Bursaspor" komandaları üz-üzə gəliblər. Kubokun finalında da qarşılaşan komandaların bu dəfəki duelində də "sarı-qırmızılar" qələbə qazanıblar. İlk hissədə vurduğu qolla rəqibini məğlub edən "Cim-Bom" "qızıl het-trik"ə imza atıb.