"Liverpul"dan səfər qələbəsi, "Mançester Siti" "Vest Bromviç"ə qarşı - YENİLƏNİR

16:12 10 Avqust 2015

İngiltərə çempionatında ilk turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçirilib.

 

Eyni saatda başlayan görüşlərdə "Arsenal" "Vesthem"i, "Nyukasl Yunayted" isə "Sauthempton"u qəbul edib. "Topçular" gözlənilmədən öz meydanında uduzub. "Sağsağanlar" isə "Sauthempton"la 2:2 hesablı bərabərliyə razılaşıblar.

 

Günün son oyununda isə "Liverpul" səfərdə "Stok Siti" ilə münasibətlərinə aydınlıq gətirib. Filippe Koutinyonun qolu "qırmızılar"a qələbə qazandırıb.

 

Tura bu gün yekun vurulacaq. "Mançester Siti" səfərdə "Vest Bromviç"in qonağı olacaq. 

 

İngiltərə Premyer Liqası, I tur

 

9 avqust

 

00:00. "Vest Bromviç" - "Mançester Siti"

 

8 avqust

 

17:30. "Arsenal" - "Vest Hem" 0:2

Qollar: Kuyate, 43, Sarate, 57

 

17:30. "Nyukasl" - "Sauthempton" 2:2

Qollar: Papis Sisse, 42, Viynaldum, 48 - Qraziano Pelle, 24, Şeyn Lonq, 79

 

20:00. "Stok Siti" - "Liverpul" 0:1

Qol: Filippe Koutinyo, 86


Digər xəbərlər

Xəbər xətti