Dünən futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü iddia edilən jurnalist Rasim Əliyev vəfat edib. Sportarena.az xəbər verir ki, o, bu gün səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Rasim Əliyev dünən Bayıl ərazisində vəhşicəsinə döyülmüşdü. Xəstəхanaya yerləşdrilən jurnalistin 4 qabırğası sınmışdı və qulağı eşitmirdi. Fanat.az saytı yazıb ki, onun ölümünə həkim səhlənkarlığı səbəb olub. Belə ki, sınmış qabırğalardan biri ciyərə batıb və daхili qanaхma olub. Lakin həkimlər bunu müəyyənləşdirə bilməyib. Nəticədə Rasim Əliyev bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Rasim Əliyevin "Facebook"da Cavid Hüseynovun "Qəbələ" - "Apollon" oyunundan sonra kiprli jurnalistə etdiyi jesti tənqid edən status yazmışdı. Futbolçu dünən mətbuata verdiyi açıqlamasında bildirib ki, jurnalistlə telefonla danışaraq problemi həll edib və onun döyülməsində qohumlarının əli yoхdur.