"Xəzər Lənkəran" rəhbərliyi komanda ilə görüşdü

15:01 9 Avqust 2015

"Xəzər Lənkəran" klubunun rəhbərliyi komanda üzvləri ilə görüşüb. Sportarena.az xəbər verir ki, Premyer Liqamızın ilk turunda “İnter”lə oyun öncəsi klub rəsmiləri komandaya baş çəkib.

 

"Xəzər Lənkəran" mərkəzi stadionunda keçirilən görüşdə klub prezidenti Mayis Mənsimov, vitse-prezident Tuyqun Nadirov və icraçı direktor Höccət Hacıyev iştirak edib.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" matçı bu gün saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti