"Premyer Liqada ilk oyunumuza çıxdıq. İlk oyunlar çətin olur. Biz çox ağır oyun keçirdik. Düzdür, təlim-məşq toplanışında olmuşduq. Amma istənilən halda ilk oyun çətin alındı".
Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib. Gənc mütəxəssis Premyer Liqanın ilk turunun AZAL üzərində qələbəsini şərh edib:
"Çatışmazlıqlar var. Bunu aradan qaldırmalıyıq. Bütün bunlara rəğmən, ilk oyunu qalib başa vurduq. Bu münasibətlə klubumuzu təbrik edirəm".