"İlk növbədə futbol ictimaiyyətini yeni mövsüm münasibəti ilə təbrik edirəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın I turunda "İnter"ə qalib gəldikləri görüşdən danışıb:
"Bilirsiniz ki, heyətimizdə gənc oyunçuların sayı çoxdur. Problemlər olmasına baxmayaraq, rəqibi yaxşı analiz etmişdik. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq".