Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turu "İnter" üçün uğursuz alınıb. Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi ilk oyunda "Xəzər Lənkəran"a 0:2 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Zaur Zvanadze məğlubiyyəti yorğunluqla əlaqələndirib:
"Futbolçularım yorğun idilər. Çox pis oynadıq. İndi bir qədər dincəlmək, daha sonra isə vəziyyəti yaxşıya doğru dəyişmək lazımdır".