Premyer Liqanın I turunun "Neftçi" - "Kəpəz" oyunundan sonra insident yaşanıb. Sportarena.az xəbər verir ki, xal itkisini qəbul edə bilməyən azarkeşlər bunun acığını rəqib komandanın avtobusundan çıxıblar.
Rəqib komandanın yenicə aldığı avtobusu daşa basan fanatlar onun şüşəsini sındırıblar.
Baş verənlərlə bağlı məlumat yayan "Neftçi" tərəfi hadisəni pisləyib: "Kəpəz" klubunun avtobusunun şüşəsi sındırılmışdır. "Neftçi" PFK olaraq bu hadisəni qəti şəkildə pisləyirik".