Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ilk turunda evdə "Kəpəz"lə qarşılaşan “Neftçi” rəqibi ilə bacarmayıb. Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Əliyev 0:0 hesabı ilə başa çatan oyun haqda bunları söyləyib:
"Mövsümə qələbə ilə başlamaq istəyirdik. Amma alınmadı. “Kəpəz” daha istəkli idi. Heç-heçə ədalətli nəticədir. Müəyyən boşluqlar vardı. Problemlərimiz çoxdur. Bəzi oyunçular məsuliyyət dərk etməlidirlər".