Şahin Diniyev: "Şəhriyar qəsdən heç bir şey eləmədi"

00:05 10 Avqust 2015

"Gərgin oyun alındı. Biz Premyer Liqaya layiq şəkildə oynamağa çalışdıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. Premyer Liqanın ilk turunda səfərdə "Neftçi" ilə heç-heçə edən Gəncə klubunun çalışdırıcısı  

 

“Neftçi” oturuşmuş heyətə malikdir. “Kəpəz” isə yeni formalaşıb. Müəyyən çatışmazlıq var ki, onları aradan qaldırmalıyıq. Mən çalışdım ki, əvəzetmələrin hesabına oyununun ritmini qoruyum. Tamaşaçılara minnətdaram. Həm “Neftçi”, həm də “Kəpəz” azarkeşləri bu gün necə dəstək olmaq lazım olduğunu göstərdilər".

 

Baş məşqçi Şəhriyar Əliyevin qırmızı vərəqə almasına da münasibət bildirib: "Şəhriyar Əliyev bu gün qırmızı vərəqəni komandaya kömək etmək istəyərkən aldı. Mən oyundan çıxan zaman onun əlini sıxdım. Oyunu itirmək olar, futbolçunu yox. Şəhriyar qəsdən heç bir şey eləmədi. Futbolçu qırmızı vərəqə alarkən pis durumda olur. Onun üzərinə getmək olmaz".


Digər xəbərlər

Xəbər xətti