Bu gün Topaz Premyer Liqasında I tura yekun vurulub. Sportarena.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Turun mərkəzi oyunu əyalətdə olub. "Qəbələ" doğma meydanda son çempion "Qarabağ"ı qəbul edib. Prinsipial görüş hər iki komanda üçün vacib əhəmiyyət daşıyırdi. Hər iki komanda uğurlu start arzusunda idi.Cari mövsüm çempionluğa ən real namizədlərin dueli böyük maraqla gözlənilirdi. Kifayət qədər maraqlı kçən görüş dramatik sonluqla başa çatıb - 2:2.
Turun digər görüşündə isə "Sumqayıt" və "Rəvan" klubları üz-üzə gəliblər. Oyunda hesab açılmayıb.
Topaz Premyer Liqası, I tur
10 avqust
21:00. “Qəbələ” – “Qarabağ” 2:2
Qollar: Sergey Zenyov, 32, Samir Zərgərov, 85 - Riçard Almeyda, 62 (pen.), 82
Qırmızı vərəqə: Rəşad Sadiqov, 74
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
21:00. “Rəvan” – “Sumqayıt” 0:0
Qırmızı vərəqə: Ağabala Ramazanov, 39
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
“Bayıl Arena”