"İnanıram ki, "Xəzər Lənkəran"a gəlməyimə görə peşman olmayacam" - MÜSAHİBƏ

12:50 10 Avqust 2015

"Xəzər Lənkəran"ın yeni transferi Limam Seydi Sportal.az-ın suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- “Xəzər Lənkəran”da özünü necə hiss edirsən?

- Komanda çox xoşuma gəldi. Hər şey yaxşıdır. Komandaya tez uyğunlaşdım. Yoxlama oyunlarında əlimdən gələni etdim. Bircə qalıb, rəsmi müqabilə imzalamaq. İnanıram ki, komandada rəsmi şəkildə çıxış edəndən sonra daha çox xeyir verəcəm.

 

- Demək olar, 1 ay ərzində komandaya kömək edə bilməyəcəksən. Bu praktika cəhətdən sənə mane olmayacaq?

- Bu qərardan xəbərim var. Təlim-məşq toplanışından sonra evə döndüm. Bir az gec qoşuldum komandaya. Oynamaq üçün qadağa olmasaydı belə, düşünürəm ki, fiziki cəhətdən “İnter”lə oyuna hazır deyildim. Öz üzərimdə işləməliyəm. Nə vaxt komandaya xeyir vermək lazım olsa, əlimdən gələni edəcəm.

 

- Çox güman ki, “Xəzər Lənkəran”dan təklif gələndə komanda haqqında kiçik bir araşdırma apardın. Bu komandanı seçməkdə hansı amil əsas rol oynadı?

- Öncəliklə, menecerimlə məsləhətləşdim. Ətrafımda olan insanlardan da “Xəzər Lənkəran” haqqında xoş sözlər eşitdim. Düşündüm ki, həyatımda yenilik etməyin vaxtı gəlib. İnanıram ki, bura gəlməyimə görə peşman olmayacam.

 

- Ölkəmizdə çıxış edən bir çox legioner bölgələrdə qalmaq istəmirlər. Paytaxtdan kənarda yaşayamaq sənə mane olmayacaq?

- Onu qeyd edim ki, mən hara gedirəmsə, futbol oynamağa gedirəm. Futbolu da hər yerdə oynamaq olar. Heç vaxt yaşadığım şəhərə önəm verməmişəm.

 

- “Xəzər Lənkəran”a gələndə bir hücumçu kimi mövsümü neçə qolla bitirəcəyin barədə qabağına məqsəd qoymusan?

- Heç vaxt mövsümdən əvvəl belə bir proqnoz verməmişəm. Çünki, bu Allahın işidir. Elə bir futbolçu tanımıram ki, mövsümdən əvvəl neçə qol vuracağı haqda proqnoz versin. Bacardığım qədər qol vurmağa çalışacam.


Digər xəbərlər

Xəbər xətti