"Üstünlük bizdə olsa da, qol vura bilmədik" - "Kəpəz"in futbolçusu

17:50 10 Avqust 2015

Premyer Liqasının ilk turunda "Kəpəz” səfərdə "Neftçi” ilə qolsuz heç-heçə edib. Sportarena.az xəbər verir ki, qarşılaşmadandan sonra gəncəlilərin yarımmüdafiəçisi Bəxtiyar Soltanov oyun haqqında fikirlərini bölüşüb. Təcrübəli futbolçu üstünlüyün "Kəpəz"də olduğunu qeyd edib:

 

"İlk oyunumuz idi. Çox çətin keçdi. Komanda yoldaşlarımı, məşqçi heyətini yaxşı oyuna görə təbrik edirəm. Üsütnlük bizdə idi, buna baxmayaraq qol vura bilmədik. Gələn oyunlar üçün çatışmamazlıqları aradan qaldırmağa çalışacağıq. Bilirsiniz ki, zədəm var idi. Buna görə də, tam hazır deyiləm. Qarşıda bir həftəmiz var. Çalışacağam ki, ikinci turda "Zirə”ilə oyuna tam hazır olum”.


Digər xəbərlər

Xəbər xətti