"Qarabağ" "Rəvan"ı yeni stadionunda qəbul edəcək!

19:04 10 Avqust 2015

Məlum olduğu kimi, "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlanıb. Burda məqsəd Ağdam klubunun avqustun 27-də İsveçrə "Yanq Boyz"u ilə keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab görüşünədək ot örtüyünü hazır vəziyyətə gətirməkdir.

 

Aparılan işlərlə əlaqədar "Qarabağ" Azərbaycan Premyer Liqasının II turunda "Rəvan"ı Respublika Stadionunda qəbul edə bilməyəcək. Klubdan Sportarena.az-a verilən məlumata görə, "köhlən atlar" "Rəvan"la yeni stadionunda qarşılaşacaq:

 

"Çox güman ki, "Rəvan"la Suraxanıda oynayacağıq. Stadion demək olar ki, hazırdı. Sadəcə, kosmetik işlər qalıb".

 

Qeyed edək ki, 5800 nəfərlik azarkeş tutumuna malik arenanın avqustun 15-də açılacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti