"Cari çempionatın ilk oyununa çıxdıq. İstənilən komanda üçün ağırdır".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib. Gənc mütəxəssis Premyer Liqanın ilk turunda "Rəvan"la heç-heçəni şərh edib:
"Biz 10 nəfər qaldıqdan sonra vəziyyətə nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".