"Futbolçular meydançada əsl kişi kimi davrandılar" - Qriqorçuk

23:53 10 Avqust 2015

"Düşünürəm ki, bu gün meydançada yaxşı futbol gördüm".

 

Sportarena.az xəbər verir ki, bu fikirlər "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuka məxsusdur. Premyer Liqanın ilk turunda "Qarabağ"la 1:1 başa çatan oyun haqda danışan ukraynalı mütəxəssis futbolçularına təşəkkür edib:

 

"Mən “Qarabağ” barədə nəsə demək istəmirəm. Öz futbolçularım barədə danışarkən onu deyim ki, onlarla fəxr edirəm. Futbolçular meydançada əsl kişi kimi davrandılar. Neqativ heç nə görmədim. Onlara təşəkkür edirəm. Yüksək temp görmədik. Bunun səbəbi Avropa Liqasındakı oyunlardır".

 

Rəşad Sadiqovun qırmızı vərəqə gördüyü epizod haqda fikirlərini açıqlayan çalışdırıcı Əliyar Ağayevin düzgün qərar vermədiyini söyləyib: "Mənim hakimlərə böyük hörmətim var. Bizim əleyhimizə olan qırmızı vərəqə və penalti barədə onu deyə bilərəm ki, penalti 100 faiz vardı, amma qırmızı vərəqəyə yaxın bir epizod belə yox idi".


Digər xəbərlər

Xəbər xətti