"Üzr istəmək üçün yanına getdim, lakin..." - "Rəvan"ınmüdafiəçisi

11:02 11 Avqust 2015

"Premyer Liqada ilk oyunumuz idi. "Rəvan" yeni qurulmuş komandadı, "Sumqayıt" isə köklü komandadı. Futbolçular bir neçə ildiki, bir yerdə oynayır. Ona görə də bir-birlərini yaxşı başa düşürlər. "Rəvan"ı heç kəs zəif rəqib hesab etməsin. Çempionluğa oynayan komandalar üçün başağrısı olacağıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"la matçdan sonra "Rəvan"ın müdafiəçisi Ruslan Tağızadə deyib. O, Nodar Məmmədovla aralarında yaşanan mübahisəyə də aydınlıq gətirib:

 

"Oyunda üstün tərəf biz idik. 3-4 yüz faizlik qol vəziyyətlərimiz oldu. Bu oyunda 3 xal itirdik. Amma buna baxmayaraq yeni qurulan komanda üçün 1 xal da pis nəticə deyil. Nodar Məmmədovla aramızda baş verən mübahisəyə gəldikdə isə bir oyun epizodunda aramızda mübahisə yaşandı. Matç bitdikdən sonra ondan üzr istəmək üçün yanına getdim. Lakin yanlış anlaşma oldu. Ona görə gərginlik yaşandı. Daha sonra bir kiçik kimi ondan üzr istədim və və anlaşılmazlıq aradan qaldırıldı".


Digər xəbərlər

Xəbər xətti