Azərbaycanlı futbolçunun debütünü korladılar

11:27 11 Avqust 2015

"Zenit"in icarə əsasında "Rubin"də oynayan azərbaycanlı futbolçusu Ramil Şeydayev yeni komandasında debüt edib. Sportarena.az xəbər verir ki, 19 yaşlı futbolçunun ilk oyunu uğursuzluqla yadda qalıb.

 

Belə ki, Kazan təmsilçisi evdə "Rostov"a 0:3 hesabı ilə uduzub. Ramil meydana start heyətində daxil olub və fasilədə əvəzlənib.

 

Qeyd edək ki, 4 turdan sonra aktivində xalı olmayan "Rubin" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti