AFFA "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovu cəzalandırıb. Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının I turunun “Qarabağ” matçının 73-cü dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan təcrübəli futbolçu 2 oyunluq cəza alıb. İntizam Komitəsi "Qəbələ"ni də 2000 manat məbləğində cərimələyib.
Bundan başqa, oyunun 85-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə ödəyəcək.