Bu gün AFFA İntizam Komitəsinin iclsı keçirilib. Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqanın ilk turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Premyer Liqanın I turunun “Neftçi” – “Kəpəz” matçının 70-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 57-ci dəqiqəsində “Neftçi”, 71-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimələnib.
“Rəvan” – “Sumqayıt” matçının 40-cı dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Ağabala Ramazanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.