Məlum olduğu kimi, "Xəzər Lənkəran" və klubun rəsmi tərəfdaşı "Nar" mobil operatoru birgə əməkdaşlıq çərçivəsində yeni müştərək aksiyaya start verib. Belə ki, Premyer Liqanın 1-ci turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "İnter" matçına bilet alan hər bir azarkeş, bir ədəd 2 manatlıq "Nar" danışıq kartını hədiyyə olaraq əldə edib. Aksiya stadionun kassalarında oyun günü ərzində həyata keçirilib.
Klubun belə bir aksiyaya start verməsi təqdirəlayiq haldır. Bu, "Xəzər Lənkəran" rəhbərliyinin azarkeşlərə hədiyyəsidi. Bu amil azarkeşlərin yenidən stadiona qaytarılmasında da rol oynayacaq.
Ancaq bir neçə azarkeş sosial şəbəkədə narazılıq edərək, "Nar" mobil operatorunu günahlandırıb. Buna səbəb isə "Nar"ın satışı ancaq bir kassadan həyata keçirməsi olub.
Bununla ilə bağlı Sportarena.az saytına danışan "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məsələyə belə aydınlıq gətirib:
"İlk dəfə olduğu üçün hər-halda problemlərola bilər. Bilirik ki, narazı qalan azarkeşlər var. Biz qeydiyyat aparıb, azarkeşin ad-soyadını götürdükdən sonra bileti satırdıq. Konturları isə girişdən sonra verirdik. Əslində biz "işbaz"lara meydan verməmək üçün bu varianta əl atdıq. Çünki onlar gəlib biletlə konturu aldıqdan sonra heç oyuna baxmayıb gedə də bilərdilər. Buna görə konturları girişdən sonra verdik. Amma artıq bu barədə fikirləşirik. Azarkeşlər əziyyət çəkməsinlər deyə yollar axtarırıq. İnşallah, qarşıdakı turlarda daha təkmilləşdirilmiş üsullardan istifadə edəcəyik".