Keçmiş futbolçu Devid Bekhem onu qızı Harperi düzgün tərbiyə etməməkdə günahlandıranlara cavab verib. Sportarena.az xəbər verir ki, Devid İnstaqram səhifəsində yazıb:
“İnsanlar nə üçün düşünürlər ki, onlar valideynlərin tərbiyə üsulunu tənqid edə bilərlər. Uşağı olan hər bir valideyn bilir ki, övladı ağlayarsa, onu sakitləşdirməyin ən yaxşı yolu əmzikdir. Ana-atanı ittiham etməzdən əvvəl iki dəfə fikirləşin. Sizin buna ixtiyarınız çatmır”.
Qeyd edək ki, paparassilər Bekhemin 4 yaşlı qızı Harperi əmziklə görüntüləmiş və bu, uşağın düzgün tərbiyə olunmaması kimi dəyərləndirilmişdi. Ekspertlər hətta bunun uşaqda nitq qüsuruna yol açdığını bildirmişdilər.