"Qəbələ"nin rəqibi istəyinə çatdı

16:12 11 Avqust 2015

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” aparıcı futbolçularından birini itirmək təhlükəsi ilə üzləşib. Sportarena.az xəbər verir ki, Afina klubunun yarımmüdafiəçisi Xristos Donis italyanların maraq dairəsinə düşüb.

 

“Atalanta” klubu 21 yaşlı futbolçunu heyətinə cəlb etməyə çalışıb. Lakin Donis klub rəhbərliyi və məşqçilər korpusu ilə görüşdükdən sonra “Panatinaikos”da qalmaq qərarına gəlib. O, komandası ilə yeni müqaviləyə imza atıb.

 

Həmçinin transfer çalışmalarını da davam etdirən “Panatinaikos” “Nyukasl”ın yarımmüdafiəçisi Mehdi Abeiddən əl çəkmir. Yunanlar 23 yaşlı əlcəzairli oyunçunun keçidi müqabilində qarşı tərəfə 2 milyon avro təklif edib. Abeid özü də karyerasını Afina klubunda davam etdirmək arzusundadı.

 

Qeyd edək ki, 2011-ci ildən “Nyukasl”a məxsus olan Mehdi Abeid 2013/14 mövsümünü icarə əsasında “Panatinaikos”da keçirib.


Digər xəbərlər

Xəbər xətti