"Xalq komandası" xalqı necə aldadır?

17:13 11 Avqust 2015

Avqustun 7-də “Neftçi”nin rəsmi saytında "Neftçi" - "Kəpəz" matçına bilet satışı davam edir" başlıqlı xəbər yer almışdı (http://www.neftchipfk.com/az/newsd.php?id=1168). Sportarena.az xəbər verir ki, cəbərdə Premyer Liqanın ilk turu çərçivəsində Gəncə klubuna qarşı keçiriləcək oyun üçün bilet satışının davam etdiyi, eləcə də görüş üçün bilet alan bəzi azarkeşlərin fotoları qeyd olunub. Bunda qeyri-adi heç nə yoxdu.

 

Qəribə hal odur ki, “Neftçi”nin ictimaiyyətə azarkeş kimi təqdim etdiyi, bilet alırmış kimi göstərdiyi şəxslər azarkeş deyillər. Onlar klubla əməkdaşlıq edən “könüllülər”di. Xəbərdəki həmin “bilet alan” “azarkeş”ləri biz elə “Neftçi” - “Kəpəz” matçında stadionda iş başında gördük. Həmin gənclər daha əvvəl də millimizin, klublarımızın beynəlxalq matçlarında “könüllü” kimi iş başında olublar. “Könüllülər”in stadiona daxil olması üçün isə heç bir bilet tələb olunmur. Onlar rahat şəkildə stadionun ərazisinə daxil ola bilirlər. Bir sözlə, “Xalq komandası” xalqı aldadaraq, “könülləri” ictimaiyyətə “azarkeş” kimi təqdim edir. (futbolxeber.az)


Digər xəbərlər

Xəbər xətti