Cavid Hüseynov həbs olundu - SON DƏQİQƏ!

17:23 11 Avqust 2015

“Qəbələ”nin sabiq kapitanı 3 ay müddətinə həbsə alınıb. Sportarena.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl Sabayel Rayon Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov həbs olunub. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Sabayel Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimata baxılıb və futbolçu 3 ay müddətinə həbs olunub.

 

C.Hüseynova Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. C.Hüseynovun vəkili Adəm Məmmədov məlumatı təsdiqləyib. Bildirib ki, futbolçu barəsində həbs qərarından apelyasiya şikayəti veriləcək.

 

Qeyd edək ki, jurnalist Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Olaydan sonra E.İsmayılov həbs olunub. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub. Onunla bərəbər jurnalistin döyülməsində iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var. (musavat.com)


Digər xəbərlər

Xəbər xətti