2 illik fasilədən sonra Premyer Liqaya dönən "Kəpəz" Gəncəyə qayıdır. Bu barədə Sportarena.az saytına açıqlamasında klubun icraçı direktoru Mehman Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, komanda II turun "Zirə" ilə ev oyununu doğmaməkanda keçirəcək:
"Stadion bu günə-sabaha hazır olacaq. Ot örtüyü ideal vəziyyətdədi. Ev oyunlarımızı Gəncədə keçirəcəyik. II turun "Zirə" ilə oyunu yüz faiz doğma meydanda oynanılacaq".