Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Sportarena.az xəbər verir ki, o, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda "Höteborq" (İsveç), "MNK Centar Karayevo" (Bosniya və Herseqovina) və "Mobulu Futsal UNI Bern" (İsveçrə) komandaları mübarizə aparacaqlar.
Qeyd edək ki, bu qrupun oyunları avqustun 27-də, 28-də və 29-da İsveçrədə keçiriləcək.