Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" növbəti transferini reallaşdırıb. Sportarena.az xəbər verir ki, PTT I Liqa təmsilçisi Türkiyə millisi və "Qalatasaray"ın sabiq hücumçusu Necati Atəşin keçidini həll edib. 35 yaşlı forvardla müqavilə imzalayan klub dünən onu ictimaiyyətə təqdim edib.
Digər tərəfdən isə "Karşıyaka" bir müddət öncə "Əskişəhərspor"dan transfer etdiyi Hürriyət Gücərlə yollarını ayırıb.