"Kəpəz"dən "Xəmsə"yə xəbərdarlıq

12:57 12 Avqust 2015

“Kəpəz”in Müşahidə Şurası ilə klub rəhbərliyinin iclası keçirilib. Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda bir sıra məsələlərlə yanaşı, komandanın Premyer Liqanın “Neftçi”yə qarşı ilk oyununda azarkeşlərin davranışı da müzakirə edilib. Səfər matçında fanatların dəstəyi yüksək qiymətləndirilib və onlara təşəkkür elan olunub.

 

İclasda həmçinin, klub rəhbərliyi tərəfindən əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, “Xəmsə” fanklubunun üzvlərinin pirotexniki vasitədən istifadə etməsi pislənilib. Bu hala görə AFFA İntizam Komitəsi tərəfindən klubun 1000 manat məbləğində cərimələnməsi qeyd olunub. Gəncə təmsilçisinin cərimələnməsinə səbəb olan addıma görə “Xəmsə” fanklubuna xəbərdarlıq edilib və belə məsələlərə həssas yanaşmaları xahiş olunub.


Digər xəbərlər

Xəbər xətti