Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ"nin rəqibi olan "Panatinaikos" sifariş ərizəsini UEFA-ya göndərib. Sportarena.az xəbər verir ki, məşqçilər korpusu təmsilçimizlə oyunlar üçün 24 oyunçunu sifariş verib ki, onlardan 12-si əcnəbidi.
Maraqlıdı ki, zədədən əziyyət çəkən və sentyabr ayına qədər oynaya bilməyəcəyi söylənilən Maykl Essyenin də adı iştirak ərizəsinə salınıb.
Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Luk Stil, 45. Nikos Yannakopulos
Müdafiəçilər: 4. Georgios Kotrumbis, 5. Kostas Triantafillopulos, 12. Nikos Marinakis, 20. Statis Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 25. Rasmus Telander, 28, Xristos Burbos
Yarımmüdafiəçilər: 2. Maykl Essyen, 7. Viktor Klonaridis, 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 14. Abdul Ayaqun, 17. Robin Lod, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis, 32. Daniel Pranyiç
Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç
Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə 27-də Afinada keçiriləcək.