Cavid Hüseynovun həbs olunması futbol ictimaiyyətində geniş əks-səda doğurmaqda davam edir. Sportarena.az xəbər verir ki, "Zirə"nin qapıçısı Kamal Bayramov da buna biganə qalmayıb. Şəxsi "facebook" hesabında status paylaşan qolkiper bu sözləri yazıb:
"Cavidin həbs olunması məndə psixoloji gərginlik yaratdı. Bunu hamımız bilirik ki, o insan heç vaxt belə bir əməl edə və etdirə bilməz. Deməyə, danışmağa bir söz tapmıram. Allah qapını açsın".