"Qəbələ"dən Cavid Hüseynovla bağlı növbəti açıqlama

17:00 12 Avqust 2015

“Qəbələ” klubu futbolçusu Cavid Hüseynovun adının "Panatinaikos"la Avroliqanın pley-off oyunu üçün UEFA-nın iştirak ərizəsinə salınmasına aydınlıq gətirib. Sportarena.az xəbər verir ki, klub özünün rəsmi "facebook" səhifəsində bildirib:

 

"Qəbələ" İdman Klubunun UEFA Avropa Liqasının play-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni C.Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilib”


Digər xəbərlər

Xəbər xətti