Yeni mövsümə "İnter" üzərində qələbə ilə başlayan "Xəzər Lənkəran" daha bir futbolçunun keçidini həll edib. Klubdan Sportarena.az-a verilən məlumata görə, cənub təmsilçisi Seneqal əsilli fransı hücumçu Limam Seydi ilə müqavilə imzalayıb. Qaradərili forvard 1 illk sazişə imza atıb.
Ancaq 29 yaşlı futbolçu sentyabrdan tez debüt edə bilməyəcək. FİFA-nın məlum qadağasına əsasən, Seydi "Xəzər Lənkəran"ın heyətində yalnız 4-cü turun oyununda meydana çıxa biləcək.