Maliyyə problemi yaşayan "İnter" fəaliyyətini dayandırmayacaq. Sportarena.az-ın əldə etdiyi məlumata görə, "Atletik"lə oyundan öncə futbolçuların maaşını ödəyən paytaxt təmsilçisi ən azı bu mövsüm yaşayacaq. Çünki Beynəlxalq Bankla müqavilə gələn yay başa çatacaq.
Əslində komandanın dağılacağı inandırıcı səslənmir. Çünki bank rəhbərliyi "İnter"dən imtina etməyib və komandanı saxlamaqda maraqlıdır.
Sadəcə, indiki məqamda bir qədər qeyri-müəyyənlikdir ki, bunun da yaxın vaxtlarda həll olunacağı gözlənilir.