"Panatinaikos"un baş məşqçisi: "Qəbələ" ilə oyuna ciddi yanaşsaq..."

18:26 12 Avqust 2015

"Qəbələ"nin Avropa Liqasının ilk 3 mərhələsində keçirdiyi oyunların videoyazılarını izləmişəm. Rəqibimiz "Dinamo", "Çukariçki" və "Apollon"la görüşlərdə yaxşı təsir bağışlayıb. Həmin oyunlara nəzərən deyə bilərəm ki, "Qəbələ" çox təhlükəli komandadır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ"nin rəqibi olan "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiou deyib. Təcrübəli mütəxəssis komandamızla oyunlara ciddi yanaşmalı olduqlarını bildirib:

 

"Tanınmayan komandalar hər zaman daha çox diqqət tələb edir. Bu görüşə ciddi yanaşsaq, uğur qazanacağıq. Əsas olan heç bir rəqibə yuxarıdan aşağı baxmamaqdır".

 

Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk matç avqustun 20-də Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti